Azərbaycana xaricdən turist axını 4 dəfə azalıb

Azərbaycana xaricdən turist axını 4 dəfə azalıb 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
18 Yanvar , 2021 15:54
Azərbaycana xaricdən turist axını 4 dəfə azalıb

2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Ötən il ölkəmizə gələnlərin 28,3 %-i Rusiya, 23,2 %-i Gürcüstan, 20,2 %-i Türkiyə, 9,1 %-i İran, 2,1 %-i Ukrayna, 1,6 %-i Hindistan, 1,5 %-i Səudiyyə Ərəbistanı, 1,1 %-i Qazaxıstan, hər birindən 1% olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 % olmaqla Küveyt və Böyük Britaniya, 0,8 %-i Belarus, hər birindən 0,7 % olmaqla Özbəkistan və İraq, 0,5 %-i İsrail, hər birindən 0,4 % olmaqla Almaniya və İtaliya, 4,5 %-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 81,1 %-ni kişilər, 18,9 %-ni qadınlar təşkil edib.

Hesabat dövründə Çindən gələnlərin sayı 16,7 dəfə, Cənubi Koreyadan 13,8 dəfə, İsraildən 11,1 dəfə, Yaponiyadan 10,2 dəfə, Polşadan 10,0 dəfə, İraqdan 9,8 dəfə, Səudiyyə Ərəbistanından 9,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 8,6 dəfə, Macarıstandan 8,3 dəfə, Omandan 7,5 dəfə, Kanadadan 7,4 dəfə, ABŞ-dan­ 7,2 dəfə, Qətərdən 6,7 dəfə, Türkmənistandan 6,3 dəfə, Fransadan 6,0 dəfə, Almaniyadan 5,8 dəfə, Qazaxıstandan 5,6 dəfə, Niderlanddan 5,3 dəfə, Böyük Britaniyadan 5,2 dəfə, Misirdən 5,1 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70%-i dəmir yolu və avtomobil, 27,6 %-i hava, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi