Ötən ilin dekabr ayında Azərbaycana Amerika regionundan 711 nəfər səfər edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 56,4 % azalma deməkdir.
“Report”un Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, ötən il bütün digər regionlar üzrə də azalma qeydə alınıb.
Belə ki, Şərqi Avropadan gələnlər 63,6 % azalaraq 2 562 nəfər, Qərbi Avropadan səfər edənlər 47,7 % azalaraq 2 965 nəfər, Afrikadan təşrif buyuranların sayı 48,6 % geriləyərək 493 nəfər təşkil edib.
Azərbaycana Asiyanın Cənub Şərqindən gələn turistlərin sayı 56,9 % azalıb və 600 nəfərə, Şimal Şərqindən gələnlər 52,8 % azalaraq 775 nəfərə, Cənubundan təşrif buyuranlar isə 78 % azalaraq 2 542 nəfər təşkil edib.
Ölkəmizə səfər edən turistlərin 144 nəfəri qeyd edilən bu regionların payına düşmür. Amma onlarında payı illik müqayisədə 76,7 % azalıb.