Azərbaycan və BƏƏ turizm əlaqələrini müzakirə edib

Azərbaycan və BƏƏ turizm əlaqələrini müzakirə edib Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşərək onunla iki ölkə arasında turizm əlaqələrinin cari və gələcək inkişaf perspektivlərini müzakirə edib.
Turizm
13 İyul , 2023 15:38
Azərbaycan və BƏƏ turizm əlaqələrini müzakirə edib

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşərək onunla iki ölkə arasında turizm əlaqələrinin cari və gələcək inkişaf perspektivlərini müzakirə edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında vizasız rejimin tətbiqinin qarşılıqlı səfərlərin artmasına verəcəyi töhfə, BƏƏ şirkətlərinin Azərbaycanın turizm sahəsinə investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb.

Bu ilin I yarısında BƏƏ-dən Azərbaycana səfər edən vətəndaşların sayı 18 884 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artım deməkdir.

Hazırda ölkəmizə BƏƏ-nin Dubay, Şarjah və Əbu-Dabi şəhərlərindən həftədə 50 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi