Azərbaycanın turizm imkanları ötən gün Qətərdə başlamış Futbol üzrə Dünya Çempionatı çərçivəsində çempionatın azarkeşlərinə və Qətər vətəndaşlarına tanıdılır.
Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Məlumata görə, çempionatla bağlı Qətərə səfəri çərçivəsində Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında ölkə prezidentinin sərəncamı əsas götürülərək azarkeşlərə müxtəlif platformalarda Azərbaycan haqqında məlumat verilir.
Reklam xarakterli məlumatlar hazırda çempionatda iştirak etmək hüququ almış bütün ölkələrin “Facebook” və “Google” platformalarının istifadəçiləri üçün əlçatandır.
Hədəf auditoriyasından olan azarkeşlər reklamın üzərinə klik etməklə “
Sosial media ilə yanaşı, reklam xarakterli məlumat, həmçinin “CNN”, “Euronews” media kanallarında, “Wego" və “Expedia” kimi qlobal platformalarda da yayımlanır.
Məlumatlılığı artırmaq məqsədi ilə Qətərin Doha, Əl-Rayan və Lusail şəhərlərində müxtəlif məkanlarda bilbordlar, rəqəmsal bannerlər və ekranlarda yerləşdirmələr edilib. Reklam bannerləri Əl-Rayan şəhərində, Dohadakı böyük və qədim Əl-Saad yaşayış məntəqəsində və Lusail şəhərinin ən böyük və lüks hesab edilən “Vendome” alış-veriş mərkəzində yerləşdirilib.
Çempionatın keçiriləcəyi 20 noyabr – 20 dekabr tarixlərini əhatə edəcək təbliğat kampaniyası çərçivəsində çempionata ev sahibliyi edən Qətərin öz vətəndaşlarını Azərbaycan haqqında məlumatlandırmaq üçün isə səyahət seçimləri təklif edilən “Regency Travel” şirkətinin veb səhifəsində və Qətərin ən çox dinlənilən radio kanalı “Habaeib 93.7 FM”də reklam yayımlanır.