Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən illin eyni dövrü ilə müqayisədə 35,8 % artaraq 1 milyon 851,7 min olmuşdur.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 66,5 %-i Bakıda, 5,3 %-i Qusarda, 4,4 %-i Naftalanda, 3,9 %-i Qubada, 3,6 %-i Qəbələdə, 3,3 %-i Şabranda, 2 %-i Lənkəranda, 1,2 %-i Xaçmazda, 1 %-i Naxçıvan Muxtar Respublikasında, 8,8 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 37,1 % artaraq 1 milyon 80,9 min olub ki, bu da ümumi gecələmələrin 58,4 %-ni təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 %-i Hindistan, 14,6 %-i Rusiya, 7,8 %-i Türkiyə, 6,6 %-i Səudiyyə Ərəbistanı, 5,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,3 %-i ABŞ, 2,8 %-i Küveyt, 2,7 %-i Qazaxıstan, 2,4 %-i Böyük Britaniya, 2,2 %-i Çin, 2,1 %-i İsrail, 2,1 %-i Özbəkistan, 2,1 %-i Pakistan, 1,3 %-i Almaniya, 1,1 %-i İtaliya, 22,1 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 %-i Bakıda, 5 %-i Qusarda, 3,9 %-i Qəbələdə, 3,6 %-i Naftalanda, 2,9 %-i Qubada, 0,5 %-i Şabranda, 1,6 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı illik müqayisədə 34 % artaraq 770,8 min olub ki, bu da ümumi gecələmələrin 41,6 %-ni təşkil edir.