Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 33 % artıb

Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 33 % artıb Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 % artaraq 1 363,2 min olub.
Turizm
25 İyul , 2023 12:12
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 33 % artıb

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 % artaraq 1 363,2 min olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, gecələmələrin ümumi sayının 61,1 %-i Bakıda, 5 %-i Qusarda, 4,8 %-i Qubada, 4,4 %-i Qəbələdə, 3,6 %-i Naftalanda, 3 %-i Şabranda, 2,8 %-i Lənkəranda, 2,2 %-i Naxçıvan MR-da, 1,5 %-i Xaçmazda, 1,2 %-i İsmayıllıda, 1,1 %-i Gəncədə, 1 %-i Şamaxıda, 0,8 %-i Şəkidə, 0,7 %-i Mingəçevirdə, 0,7 %-i Şuşada, 0,7 %-i Qaxda və 5,4 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 56,5 % artaraq 788,1 min olub. Bu da ümumi gecələmələrin 57,8 %-ni təşkil edir. Gecələmələrin ümumi sayının 17,4 %-i Rusiya, 8,8 %-i Hindistan, 8,6 %-i Türkiyə, 6,7 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 6,5 %-i Səudiyyə Ərəbistanı, 4 %-i İsrail, 4 %-i Böyük Britaniya, 3,5 %-i Küveyt, 2,7 %-i ABŞ, 2,7 %-i Qazaxıstan, 2,1 %-i Gürcüstan, 2,1 %-i Pakistan, 1,9 %-i Özbəkistan, 1,7 %-i Almaniya, 1,6 %-i Çin, 1,3 %-i İtaliya, 1 %-i Belarus, 0,9 %-i Qətər, 0,9 %-i Ukrayna, 0,8 %-i Fransa, 0,7 %-i İran, 0,6 %-i Polşa, 0,5 %-i Niderland, 0,5 %-i Oman, 18,5 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 84,2 %-i Bakıda, 4 %-i Qusarda, 3,6 %-i Naftalanda, 3,4 %-i Qəbələdə, 2 %-i Qubada, 0,4 %-i Gəncədə, 2,4 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 9,9 % artaraq 575,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,2 %-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi