2023-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3 % artaraq 3 milyon 422,3 min olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 57,6 %-i Bakıda, 5,5 %-i Qubada, 4,7 %-i Xaçmazda, 4,2 %-i Naftalanda, 4 %-i Qəbələdə, 3,9 %-i Qusarda, 3,7 %-i Şabranda, 3,2 %-i Lənkəranda, 1,5 %-i Naxçıvanda, 1,2 %-i Qaxda, 1 %-i Gəncədə, 0,9 %-i Masallıda, 0,9 %-i İsmayıllıda, 0,9 %-i Şamaxıda, 0,8 %-i Şəkidə, 0,6 %-i Şuşada, 0,5 %-i Mingəçevirdə və 4,9 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
2023-cü ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilə nisbətən 33,7 % artaraq 1 milyon 864 min olub ki, bu da ümumi gecələmələrin 54,5 %-ni təşkil edir. Gecələmələrin ümumi sayının 15,2 %-i Rusiya, 10,3 %-i Hindistan, 9,7 %-i Səudiyyə Ərəbistanı, 7,8 %-i Türkiyə, 7,3 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,7 %-i Küveyt, 3,6 %-i İsrail, 2,9 %-i ABŞ, 2,9 %-i Qazaxıstan, 2,9 %-i Böyük Britaniya, 2,2 %-i Özbəkistan, 2 %-i Pakistan, 1,9 %-i Çin, 1,8 %-i Gürcüstan, 1,5 %-i Almaniya, 1,2 %-i İtaliya, 0,9 %-i Qətər, 0,8 %-i Ukrayna, 0,7 %-i Belarus, 0,7 %-i Fransa, 0,6 %-i İran, 0,6 %-i Bəhreyn, 0,5 %-i Oman, 0,5 %-i Polşa, 0,4 %-i Niderland, 17,4 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 %-i Bakıda, 4 %-i Qəbələdə, 3,6 %-i Naftalanda, 3,6 %-i Qubada, 3,5 %-i Qusarda, 0,5 %-i Şabranda, 2,3 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Ötən il Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı əvvəlki illə müqayisədə 24,4 % artaraq 1 558,3 min olub ki, bu da ümumi gecələmələrin 45,5 %-ni təşkil edir.