Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.
Turizm
15 İyul , 2024 12:06
Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda 136,75 manat (8,4 % az), avqustda isə 118 manat (48,5 % az) təşkil edib.

İstanbulda orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda 160,2 manat, avqustda isə 164,2 manat (10,3 % az) olub.

Gürcüstanda isə orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda 120,4 manat (50 % az), avqustda isə 134 manat (26,2 % az) təşkil edib.

Son xəbərlər

Orphus sistemi