Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 1 027 min gecələməl olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur.
6 aylıq gecələmələrin 55,1 %-i Bakıda, 6,8 %-i Qəbələdə, 6,8 %-i Qubada, 5,5 %-i Qusarda, 5,5 %-i Şabranda, 3,3 %-i Lənkəranda, 3,0 %-i Naftalanda, 2,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,3 %-i Xaçmazda, 1,1 %-i Şamaxıda, 0,9 %-i Şuşada və 8,5 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49 %-ni təşkil edib. Gecələmələrin 11,9 %-i Səudiyyə Ərəbistanı, 11,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 11,5 %-i Türkiyə, 10,7 %-i Rusiya, 4,4 %-i Böyük Britaniya, 3,9 %-i Küveyt, 3,8 %-i İsrail, 3,5 %-i Hindistan, 3,0 %-i ABŞ, 1,9 %-i Pakistan, 1,9 %-i Qazaxıstan, 1,7 %-i Almaniya, 1,5 %-i İtaliya, 1,4 %-i Gürcüstan, 1,4 %-i Qətər, 1,2 %-i İran, 0,9 %-i Özbəkistan, 0,8 %-i Niderland, 0,7 %-i Ukrayna, 0,6 %-i Fransa, 21,8 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9 %-i Bakıda, 6,2 %-i Qəbələdə, 4,5 %-i Qusarda, 3,1 %-i Qubada, 2,3 %-i Naftalanda, 1,1 %-i Şabranda, 0,7 %-i Naxçıvan MR-da, 2,2 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 523,5 min olmuşdur ki, bu da ümumi gecələmələrin 51 %-ni təşkil edib.