Bakı. 9 avqust. REPORT.AZ/ "OneTwoTrip" xidməti səyahət edən adamların bu yay daha çox avtomobil icarəyə götürdüyü ölkələrin reytinqini tərtib edib və bunun neçəyə başa gəldiyini aydınlaşdırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 2018-ci ilin iyun-avqust aylarının yekunları üzrə ilk üçlükdə İspaniya, İtaliya və Yunanıstan yer alıb. Bu üç ölkənin payına ümumi avtomobil rezervasiyasının, təxminən, 48%-i düşüb.
Qeyd edilib ki, avtomobilin orta icarə qiyməti gündəlik 34 ABŞ dollar təşkil edir. Tayland, Kipr və Türkiyədə isə avtomobili gündəlik 19-28 dollara icarəyə götürmək olar ki, bu da, təxminən, restoranda nahar yeməyinin dəyəri qədərdir.
Ən çox xərci isə Böyük Britaniyada səyahət edənlər çəkir - bir sutka üçün 54 dollar. Bu mənada Tayland gündəlik 19 dollar göstərici ilə tam əsk qütbdə yer alır.