ATAA: “Azərbaycan Qafqazda turizm sahəsi üzrə ilk yeri tutacaq”

ATAA: “Azərbaycan Qafqazda turizm sahəsi üzrə ilk yeri tutacaq” Azərbaycan əhalinin sayına, heç bir bloka qoşulmadığına, sabitliyinə, qonaqpərvərliyinə, mətbəxinə və digər amillərə görə bütün dünyada turistləri cəlb edir
Turizm
11 Yanvar , 2024 12:55
ATAA: “Azərbaycan Qafqazda turizm sahəsi üzrə ilk yeri tutacaq”

Azərbaycan yaxın gələcəkdə bütün Qafqazda turizm sahəsi üzrə ilk yeri tutacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov bu gün keçirilən Turizm Sənayesi Subyektlərinin Forumunda bildirib.

Onun sözlərinə görə, bunun üçün əsas var: “Azərbaycan əhalinin sayına, heç bir bloka qoşulmadığına, sabitliyinə, qonaqpərvərliyinə, mətbəxinə və digər amillərə görə bütün dünyada turistləri cəlb edir. Əvvəlki illərdə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilən zaman qonaqlar verdikləri müsahibələrində əsasən Azərbaycan xalqının qonaqpərvərliyi, mətbəxi, təbiətimizin onları valeh etdiyini deyiblər. Gələn hər qonaq özü ilə sonradan çoxlu qonaq gətirir".

Son xəbərlər

Orphus sistemi