Asiyanın aparıcı aviaşirkətlərindən biri, Honq-Konqun “Cathay Pacific” şirkəti 2022-ci ildə 828 milyon ABŞ dolları zərər edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, bu göstərici, 2021-ci illə müqayisədə 18,5 % çoxdur.
Xatırladaq ki, son 3 il ərzində “Cathay Pacific” COVID-19 əleyhinə tətbiq edilən məhdudiyyətlər səbəbindən ciddi maliyyə itkiləri ilə üzləşib. Şirkətin tarixində rekord itkilər 2020-ci ildə qeydə alınıb. O vaxt “Cathay Pacific” 2 790 milyon ABŞ dolları zərərlə üzləşmişdi.
Bu ilin sonuna qədər Honq-Konq aviaşirkəti sərnişin axınını pandemiyadan əvvəlki səviyyənin 70 %-nə çatdırmağı planlaşdırır. Onun 2024-cü ilin sonuna qədər normal fəaliyyətini bərpa edəcəyi gözlənilir.