Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
- 21 oktyabr, 2026
- 17:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova bu ölkənin Prezident Administrasiyasının Daxili və beynəlxalq əlaqələr idarəsinin direktoru Dyörd Kerekeşlə görüşüb", - məlumatda bildirilib.
Görüş zamanı Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər, eləcə də müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
🇦🇿 Səfir Esmira Cəfərova Şandor Sarayı – Macarıstan Prezidenti Administrasiyasının Daxili və beynəlxalq əlaqələr idarəsinin direktoru Dyörd Kerekeş ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər, eləcə də müxtəlif sahələrdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. 🇬🇧 Ambassador Esmira Jafarova met with Dr. György Kerekes, Director of the Directorate for Domestic and International Relations at Sándor Palace – Office of the President of Hungary. During the meeting, the sides discussed relations between Azerbaijan and Hungary, as well as prospects for fostering better connections between the two countries across diverse fields.
— AzEmbHungary (@AzEmbHungary) October 21, 2026