Aleksa Beçiç: "Azərbaycanla Monteneqro arasında viza rejimi sərbəstləşdirilməlidir"

Aleksa Beçiç: "Azərbaycanla Monteneqro arasında viza rejimi sərbəstləşdirilməlidir" “Azərbaycanla Monteneqro arasındakı viza rejiminin tam sərbəstləşməsi üçün lazımi şərait yaradılmalıdır”.
Turizm
19 Yanvar , 2022 16:02
Aleksa Beçiç: Azərbaycanla Monteneqro arasında viza rejimi sərbəstləşdirilməlidir
Aleksa Beçiç

“Azərbaycanla Monteneqro arasında viza rejiminin sərbəstləşdirilməsi üçün lazımi şərait yaradılmalıdır”.

Bunu “Report”a müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç bildirib.

“Bu, hər iki ölkə vətəndaşlarının maneəsiz səyahət edə bilmələri üçün zəruridir” deyən spiker bildirib ki, sərbəst viza rejimi ilə iki xalq arasında əlaqələr artacaq, bu da ali səviyyədə artıq mövcud olan mükəmməl əlaqələrlə yanaşı, iki ölkə arasında daimi, əbədi dostluq münasibətlərinin bərqərar olması deməkdir.

Həmçinin Bakı – Tivat – Bakı xəttilə mövsümi təyyarə uçuşlarının təşkili üçün zəmin yaradılacağına ümid də ifadə edilib:

“Podqoriçada küçələrdən birinə Azərbaycanın paytaxtı olan Bakının adı verilib. Paytaxtımızın ən gözəl parklarından birində də görkəmli ədib Hüseyn Cavidin heykəli var. Məhz buna görə, habelə, Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiyimizi nəzərə almaqla azərbaycanlıları Monteneqroya dəvət etmək istərdim”.

Turizm sektorunda koronavirus pandemiyasının fəsadlarından danışan spiker qeyd edib ki, 2020-ci ildə Monteneqro turizm sektoru böhranla üzləşsə də, 2021-ci ildə 2019-cu ilin rekord nəticələri təkrarlanıb.

A.Beçiçin fikrincə, bundan sonra hər bir ölkə pandemiya ilə yaşamağı öyrənməli, iqtisadiyyatla epidemiologiya arasında tarazlıq tapmalıdır: “Artıq bu şərtlər daxilində belə turizmi inkişaf etdirməliyik”.

Son xəbərlər

Orphus sistemi