ABŞ şirkətləri Azərbaycan turizminə sərmayə qoymaq istəyir

ABŞ şirkətləri Azərbaycan turizminə sərmayə qoymaq istəyir Amerikan şirkətləri Azərbaycanın turizm infrastrukturuna investisiya qoyuluşunda maraqlıdır.
Turizm
25 Oktyabr , 2022 17:15
ABŞ şirkətləri Azərbaycan turizminə sərmayə qoymaq istəyir

ABŞ şirkətləri Azərbaycanın turizm infrastrukturuna investisiya qoyuluşunda maraqlıdır.

"Report" Dğvlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun sədri Fuad Nağıyevlə görüşdə ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

Görüşdə F.Nağıyev Agentliyin postpandemiya dövründə turizmin bərpası üzrə gördüyü tədbirlər, qurumun tabeliyindəki qoruqlarda aparılan bərpa - yenidənqurma işləri haqqında məlumat verib, işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Qarabağda aparılan qiymətləndirmə əsasında hazırlanan layihələrdən bəhs edib.

O, həmçinin regional turizmin inkişafının prioritet istiqamət olduğunu, 2019-cu ilin rəqəmləri ilə müqayisədə turizmin təxminən 50 % bərpa olunduğunu, hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri həyata keçirildiyini bildirib.

H.Qevara isə Azərbaycanda zəngin tarixi-mədəni irs, təbiət, etnik və dini müxtəliflik, stabillik, çoxçeşidli turizm imkanları kimi amillərin mövcudluğunu, Azərbaycanın turizmin inkişaf etdirilməsi üçün geniş potensiala malik olduğunu qeyd edib.

O, Azərbaycanda müasirlik və tarixiliyin uğurla vəhdət təşkil etdiyini vurğulayaraq amerikan turistlər arasında Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib.

Görüşdə birbaşa uçuşlar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi müzakirə edilib, Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə (USAID) “Özəl Sahibkarlığa Dəstək” layihəsi çərçivəsində əməkdaşlıq, xüsusilə kənd turizmi, aqroturizm və qastroturizm imkanlarının inkişafına yönəlmiş layihələr haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi