Məşhur mahnının müəllifi koronavirusdan öldü
Şou-biznes
- 30 mart, 2020
- 11:44
Əfsanəvi “I Love Rock`n`Roll” mahnısının həmmüəllifi, müğənni Alan Merrill ötən gün koronavirusun qurbanı olub.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, bunu “Facebook”da onun qızı Laura Merrill açıqlayıb.
“Koronavirus atamı məndən aldı. Onunla vidalaşmaq üçün mənə sadəcə iki dəqiqə vaxt verdilər”, - bəstəkarın qızı bildirib.
L.Merrill açıqlamasında insanları evdə qalmağa da çağırıb: "Hər kəsi buna ciddi yanaşmağa çağırıram. Pulun önəmi yoxdur. İnsanlar ölür”.
Qeyd edək ki, mərhum Alan Merrill 1951-ci ildə Nyu-Yorkda doğulub. O, 1975-ci ildə məşhur “I Love Rock`n`Roll” mahnısını Ceyk Hukerlə birgə yazıb. Mahnı 1981-ci ildə hitə çevrilib.
Son xəbərlər
17:23
"Shell" Qətərdəki qaz zavoduna dəyən ziyanı qiymətləndirir
Digər ölkələr17:21
"Atasığorta"nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
Maliyyə17:18
Nərgiz Qurbanova: "Avropa çempionatında rəqiblərdən fiziki baxımdan geri qalırdıq"
Futbol17:17
Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb
Biznes17:14
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Din17:12
Futzal üzrə Yüksək Liqa: XV turun oyunları keçirilib, 1 matç baş tutmayıb
Futbol17:12
Marta Kos: Aİ Ermənistana islahatlar üçün 140 milyon avro ayırır
Region17:08
Foto
Əli Əsədov II İliyanın vəfatı ilə bağlı başsağlığı verib
Xarici siyasət17:08