Bir neçə həftə "Eurovision-2020" mahnı müsabiqəsində işləmiş Xuan Kalandriyadan, İvan Barbadan, Qori Kolasdan, Toni Roxasdan və Ander Himenesdən ibarət “Eurovision Planet Magazine” komandası müsabiqənin birinci yarımfinalını təhlil edib.
“Report” “Eurovisionplanet.com”a istinadən xəbər verir ki, komanda üzvləri beynəlxalq mahnı müsabiqəsində 10 ölkənin finala çıxacağını, habelə ikinci yarımfinalı analiz ediblər.
Komanda üzvlərinin əsas diqqəti bu həftə müsabiqənin finalına yönəlib. “Eurovision Planet Magazine” komandasının üzvləri bildiriblər ki, təhlillər zamanı komanda TOP-26-ya səs verib. Nəticələrə əsasən iştirakçılar arasında ilk beşliyə daxil olmuş Azərbaycan qalib hesab edilib. Onlar qeyd ediblər ki, növbəti yarışmada məhz Azərbaycan birinci yerə çıxacaq.
Komanda üzvlərinin qənaətincə, Serbiya müsabiqədə gümüş medal qazanacaq. Ən böyük favoritlərdən olan Litva isə üçüncü yerlə kifayətlənəcək. Rusiya və Almaniya TOP 5-i yekunlaşdıracaq.
Həmçinin qeyd etmək lazımdır ki, ilk onluğa düşəcək ölkələr - İsveç, İtaliya, Malta, Latviya və Yunanıstan bir-birlərindən qısa xal fərqi ilə seçilirlər.
Digər tərəfdən, ev sahibi Niderland şou komandasının üzvləri tərəfindən ən pis - sonuncu yer qiymətini alıb. Komanda üzvləri hesab edir ki, Niderland yarışmada heç ilk onluğa da düşə bilməyəcək.
Birləşmiş Krallıq, San-Marino, Fransa və İspaniya siyahıda son beşlikdə yer alacaqlar. İspaniya da yenidən sonuncu yerdə qərarlaşacaq.
Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçirilməli olan "Eurovision-2020" mahnı müsabiqəsi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb. Buna baxmayaraq, yarışma 2021-ci ildə həmin şəhərdə keçiriləcək.