Vil Smit “Oskar” mərasimi zamanı xanımını ələ salan Kris Roku vurub

Vil Smit “Oskar” mərasimi zamanı xanımını ələ salan Kris Roku vurub Kris Rok ABŞ-ın Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. Çıxış zamanı komediya ustası Vill Smitin həyat yoldaşı Jada Pinkett Smitin "heyranedici, çox qısa saçları haqqında" za
Şou-biznes
28 Mart , 2022 07:07
Vil Smit “Oskar” mərasimi zamanı xanımını ələ salan Kris Roku vurub

ABŞ aktyoru Kris Rok Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. Çıxış zamanı komediya ustası Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib.

Bu barədə “Report” ABC telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, Vill Smit oturduğu yerdən qalxaraq səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə deyib. Bu zaman verilişin səsi kəsilib bə Smitin sözləri naməlum olaraq qalıb. Rok daha sonra deyib: "Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi".

Bundan sonra mərasim həmişəki kimi davam edib.

Xatırladaq ki, qadın bu yaxınlarda bildirib ki, saç tökülməsinə səbəb olan otoimmün xəstəliyindən əziyyət çəkir. Vil Smitin xanımı bunu gizlətməyəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi