Türkiyənin tanınmış aktyoru həbs edilib

Türkiyənin tanınmış aktyoru həbs edilib O, “Karadayı” serialında prokuror Turqut Akın rolu ilə də yaddaşlarda qalıb
Şou-biznes
147
30 Mart , 2017 17:04
Türkiyənin tanınmış aktyoru həbs edilib

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Yurdaer Okur Şimali Kipr Türk Cümhuriyyətində Ercan hava limanında üzərində bir qram ağırılığında narkotik maddə olmaqda şübhəli bilinərək həbc edilib.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, martın 31-də onun məhkəməsinin olacağı gözlənilir.

43 yaşlı aktyor Okur narkotik maddə daşımaq və idxal etməkdə ittiham edilir.

Miqdarından asılı olmayaraq, Şimali Kiprdə üzərində narkotik maddə gəzdirmək ağır cinayətlərdən sayılır.

Yurdaer Okur 1974-cü il oktyabrın 29-da anadan olub. 1994-cü ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr bölümünə qəbul olub və oranı bitirib.

O, “Karadayı” serialında prokuror Turqut Akın rolu ilə də yaddaşlarda qalıb. 

Son xəbərlər

Orphus sistemi