"Şahzadə Mustafa" Bakıya gəlir

"Şahzadə Mustafa" Bakıya gəlir Tanınmış türk aktyorları Bakının qonağı olacaq
Şou-biznes
11 Noyabr , 2014 12:08
Şahzadə Mustafa Bakıya gəlir

Bakı.11noyabr. REPORT.AZ/ Noyabrın 17-də Nizami Kino Mərkəzində Türkiyənin yeni “Unutursam Fısılda” filminin qala gecəsi keçiriləcək.

Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin məşhur "Taff Pictures" studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı - özünü Azərbaycan tamaşaçısına “şahzadə Mustafa” obrazı ilə sevdirən aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb.

Qala gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi