Bakı. 15 iyul. REPORT.AZ/ Məşhur müğənni Rihanna Avropa konsert turu çərçivəsində Nitsada verməli olduğu konserti ləğv edib.
"Report" xəbər verir ki, 28 yaşlı müğənni konsertini dünən şəhərdə baş vermiş terror hücumuna görə ləğv edib. Hazırda onun komandası şəhərdən çıxmağa çalışır.
Nitsada, həmçinin bu gün başlamalı olan beynəlxalq caz festivalı ləğv edilib.
Xatırladaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamın olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb