Madonna Malavidən olan əkiz bacıları övladlığa götürüb - FOTO

Madonna Malavidən olan əkiz bacıları övladlığa götürüb - FOTO Müğənni bundan əvvəl də Malavidən iki uşağı övladlığa götürüb
Şou-biznes
9 Fevral , 2017 11:33
Madonna Malavidən olan əkiz bacıları övladlığa götürüb - FOTO

Bakı. 9 fevral. REPORT.AZ/ Amerikanın məşhur müğənnisi Madonna Malavidən olan daha iki uşağı övladlığa götürməklə bağlı prosesi başa çatdırdığını açıqlayıb.

"Report" xəbər verir ki, müğənni bunu "İnstagram" səhifəsində yazıb.

"Malavidən olan əkiz bacıları övladlığa götürdüyümü rəsmən deyə bilərəm. Proses artıq başa çatıb. Onların ailəmizin bir hissəsi olmasına görə çox şadam", - deyə Madonna söyləyib. 

Müğənni bu işdə ona yardım göstərənlərə təşəkkürünü bildirib və KİV-dən uşaqların şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edib.

Qeyd edək ki, Madonna 2008-ci ildə Devid Banda adlı oğlanı, bir il sonra isə Mersi Ceyms adlı qızı övladlığa götürüb. Onların hər ikisi malavilidir. Bundan əlavə, müğənninin Lurdes Leon adlı qızı və Rokko Riçi adlı oğlu var.

Son xəbərlər

Orphus sistemi