Kinoaktyorlar Gildiyasının və Amerika Televiziya və Radio Artistlərinin Birləşmiş Həmkarlar İttifaqı kinostudiyalar və striminq şirkətləri ilə əməkhaqqı danışıqlarının nəticəsiz qalmasından sonra Hollivud aktyorlarının tətilini elan edib.
“Report” xəbər verir ki, bu barədə
Beləliklə, nəşrin qeyd etdiyi kimi, tətilə 150 mindən çox aktyor və aktrisa qatılacaq. Onlar iki aydan artıqdır tətil edən ssenaristlərə qoşulacaqlar. Həmkarlar ittifaqı tətilin Los-Anceles vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 11:00-da) başlayacağını açıqlayıb.
“The New York Times” bildirib ki, Hollivud tarixində aktyorlar və ssenaristlər sonuncu dəfə 1960-cı ildə birgə tətil keçiriblər.
Rejissor Kristofer Nolanın
Aktyorlar tətil zamanı çəkiliş və reklam kampaniyalarına qatılmayacaq, həmçinin film və serialların premyeralarında iştirak etməyəcəklər. Daha öncə ssenaristlərin tətili ilə bağlı “Qəribə şeylər”in yeni sezonunun və “Hiylələr” serialının çəkilişləri artıq təxirə salınmışdı.
Qeyd edək ki, mayın əvvəlində Amerika Ssenaristlər Gildiyası tətilə başlayıb. Bu, ssenaristlərlə bir qrup böyük kinostudiya və striminq şirkətləri arasında kollektiv müqavilənin yenidən müzakirəsi şərtləri ilə bağlı uğursuz danışıqlardan sonra baş verib. Ssenari müəllifləri daha yüksək maaş, striminqlərdə çıxan əsərlərinə görə qonorar və süni intellektdən istifadənin tənzimlənməsini tələb edirlər.