“Harri Potter”də qoblin rolunu oynayan aktyor vəfat edib

“Harri Potter”də qoblin rolunu oynayan aktyor vəfat edib Britaniyalı aktyor Pol Qrant 56 yaşında vəfat edib.
Şou-biznes
21 Mart , 2023 01:47
“Harri Potter”də qoblin rolunu oynayan aktyor vəfat edib

Britaniyalı aktyor Pol Qrant 56 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin “The Sun” qəzeti sənətçinin ailəsinə istinadən məlumat yayıb.

Qrantın yaxınları bildiriblər ki, o, martın 16-sı axşam Londonun şimalındakı dəmir yolu vağzalının yanında şüursuz vəziyyətdə tapılıb.

Aktyor paytaxt xəstəxanalarından birinə qaldırılıb, orada onun ölümü təsdiqlənib. Lakin, qəzetin bildirdiyinə görə, o, yalnız martın 19-da həyati təminat aparatından ayrılıb. Bu qərarın verilmə şəraiti və ölüm səbəbi barədə məlumat verilməyib.

Nəşrin yazdığına görə, keçmişdə aktyor alkoqol və narkotik aludəçiliyi ilə mübarizə aparıb.

Qeyd edək ki, hündürlüyü 132 sm olan Pol Qrant “Ulduz savaşları: Epizod 6 - Cedinin qayıdışı” filmində uydurma məxluqlar irqinin nümayəndələrindən biri evokun rolunu oynayıb. Daha sonra o, “Labirint”də yer alıb və “Harri Potter və fəlsəfə daşı” lentində qoblin rolunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi