Bakı. 2 mart. REPORT.AZ/ Filippinli rəsmilər məşhur amerikalı müğənni Madonnanı ölkə bayrağını təhqir etməkdə ittiham edib və onu ölkəyə girişinə qadağa qoyulacağıyla, promoturlarını isə deportasiyayla hədələyib.
"Report" NME-yə istinadən xəbər verir ki, Filippin Milli Tarix Komissiyasının Heraldika bölməsinin rəhbəri Teodoro Atiensa deyib ki, müğənninin ölkə bayrağını geyim kimi istifadə etmək və onun bir fraqmentini kostyumda əks etdirməklə bağlı Filippin qanunlarını pozub.
Qeyd edək ki, ötən ay adıçəkilən ölkənin paytaxtı Manilada keçirilmiş konsertdə Madonna səhnəyə Filippin bayrağını üzərinə ataraq çıxmışdı. Atiensanın sözlərinə görə, konsert zamanı bayraq zaman-zaman döşəməyə dəyirdi ki, bu da daha bir qanun pozuntusudur.