"Eurovision" mahnı müsabiqəsində Azərbaycandan olan namizədlərin seçimləri başlayıb

Şou-biznes
  • 30 yanvar, 2016
  • 08:08
Eurovision mahnı müsabiqəsində Azərbaycandan olan namizədlərin seçimləri başlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycandan olan namizədlərin seçimləri başlayıb.

"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın ITV teleşirkəti yanvarın 29-dan bu il müsabiqədə iştirak etmək istəyənlərin ərizələrini qəbul etməyə başlayıb. Ərizələr fevralın 10-na qədər təqdim oluna bilər. Qeyd olunur ki, namizədlər Azərbaycan respublikasının vətəndaşları olmalıdır. 

"Eurovision-2016" müsabiqəsində Azərbaycanın nümayəndəsinin adı martın 14-də elan olunacaq.

Xatırladaq ki, bu il müsabiqə Stokholm şəhərində keçiriləcək. 

44 filmi