“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə dublyaj olunan “Yaraşıqlı, pis, əclaf” filminin nümayişi keçirilib.
"Report" xəbər verir ki, ən qəddar qatillərin birindən bəhs edən ekran əsəri real hadisələr əsasında çəkilib.
Kinonu Əlixan Rəcəbov, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Ofeliya Novruzqızı, Erkin Ergin, Ərtoğrul Kamalov, Aytac Vəlibəyli, Pərviz Bağırov, Azər Abdullayev və Gülnarə Zulalova səsləndiriblər.
Dublyajın rejissoru Samir Ələskərov, baş redaktoru Vüqar Hüseynov, tərcümə və redaktoru Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.
Ekran işinin rejissoru Co Berlingerdir.
Baş rolları Zak Efron, Lili Kolinz və Con Malkoviç ifa ediblər.
Süjetin qəhrəmanı yaraşıqlı və xarizmatik Ted Bandidir. Onu görən qızlar lap özlərini itirirlər. Əsl məhəbbət arzusunda olan Elizabet də onlardan biridir, o, ilk baxışdan Tedə vurulur. Xoşbəxtliyin zirvəsində olduğunu zənn edən vaxt Ted həbs olunur. Onu qadınları xüsusi amansızlıqla öldürməkdə ittiham edirlər. Zərif, ağıllı və mədəni bir oğlan qəddar manyak ola bilərmi? Sevimli və əziz Ted… Kimdir o? Yaraşıqlı kişi, sevimli ata, yoxsa Amerika tarixinin ən qəddar cinayətkarı?
Tədbirin təşkilində “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution və “Keyf-i Dem” restoranı dəstək olublar.