“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında birinci hissəsi 25 il öncə çəkilən və çoxdandır gözlənilən “Pis oğlanlar 3” filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov və Arogun Johnny Ayomide Uill Smitin və Martin Lourensin filmdəki obrazlarını canlandırıblar.
“CinemaPlus”un rəsmi təfəfdaşı olan “The Five” şirkətinin rep ulduzları Epi və FTB film üçün hazırladığı soundtreki təqdim ediblər. Daha sonra “Caspian Flava Crew” breyk-dans komandasının üzvləri Zəvvar Kərimov, Kamran Quliyev və Aqil Quliyev qonaqları heyran edən rəqs nümayiş etdiriblər.
Gecəyə qatılanlar arasında şou-biznes ulduzları, jurnalistlər, blogerlər və böyük şirkətlərin nümayəndələri olub.
Filmin rejissorları Bilal Falla və Adil El Arbidir. Baş rollarda Uill Smit, Martin Lourens və Vanessa Enn Hadcens çəkilib.
Filmin mövzusuna gəlincə, detektivlər Mayk Louri və Markus Börnet yenidən işə qayıdırlar. Düzdür, onlar bütün əməliyyatlardan kənarlaşdırılıblar, amma dostları nəsə dayandıra bilər? Axı bu dəfə keçmiş həyatından biri Maykın arxasınca düşüb, onu ov elan edir. Beləliklə, uşaqlar sonadək mübarizə aparmalıdır.
Filmin baş sponsoru “Porsche-Bakı” Mərkəzidir. Tədbirin təşkilində “Light in Black” kreativ şirkəti, qrim ustası İradə Rzayeva, “Aya Rzali” dekor şirkəti, “Black Star Burger”, “İdeal P&C” mağazalarının “Carolina Herrera” markasının “Bad Boy” ətirləri, Avstriyanın coffee-catering şirkəti “Espressomobil”, “Absheron Sharab”, “Şeh Su”, “Red Bull” və “Azeri Express” kuryer xidməti dəstək göstərib.