“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi dünya bestsellerinin əsasında çəkilmiş və 2019-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Tim Taler və ya Satılmış gülüş” ailəvi filminin nümayişlərinə başlayıb.
"Report" xəbər verir ki, dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüsseri Əlisəttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.
Ekran işini Aqil M.Quliyev, Əlixan Rəcəbov, Çiçək Abbasova, Toğrul Rza və Vüsal Hacıqə səsləndiriblər.
Kinonun rejissoru Andreas Drezendir.
Filmin sujet xətti həyatda ən çox gülməyi sevən Tim Taler adlı uşaq və onun dəhşətli dərəcədə keçici gülüşünün üzərində qurulub. Bir gün Tim at yarışları zamanı qəribə bir kişi ilə tanış olur, hansı ki, ona maraqlı bir sövdələşmə təklif edir. Tim ona öz gülüşünü satır və bundan sonra o, bütün mərcləri udmağa başlayır.