İtaliya “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi oldu - YENİLƏNİB-3

İtaliya “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi oldu - YENİLƏNİB-3 Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final yarışması başlayıb
Şou-biznes
5511
23 May , 2021 02:45
İtaliya “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi oldu - YENİLƏNİB-3

Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.

“Report” xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.

Beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə üçüncü olub.

Finala Azərbaycan, Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino təmsilçiləri qatılıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında “Mata Hari” mahnısını ifa edib. Samirə Əfəndi müsabiqəni 20-ci sırada başa vurub.

Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılıb.

01:06

Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin finalında bütün iştirakçıların çıxışları yekunlaşıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.

Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino ifaçılarının final çıxışlarından sonra səsvermə başlayıb.

00:38

Azərbaycan təmsilçisi Samirə Əfəndi Niderlandın Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin finalında çıxış edib.

"Report" xəbər verir ki, o, “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Azərbaycan təmsilçisinin çıxışı 21-ci olub.

Qeyd edək ki, final mərhələsində Azərbaycanla yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və Niderland təmsilçiləri çıxış edir.

Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. “Avroviziya” 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

22.05.2021. 23:02

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final yarışması başlayıb.

"Report"un məlumatına görə, final mərhələsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və ev sahibi Niderland təmsilçiləri çıxış edir.

“Open Up” (“Açıl”) şüarı ilə təşkil olunan builki müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edəcək.

Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. “Avroviziya” mahnı müsabiqəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi