Alen Delon malikanəsinin ərazisində dəfn olunub

Alen Delon malikanəsinin ərazisində dəfn olunub Fransız aktyoru Alen Delonun Orlean yaxınlığındakı Duşi kommunasındakı malikanəsində dəfn mərasimi keçirilib.
Şou-biznes
24 Avqust , 2024 21:37
Alen Delon malikanəsinin ərazisində dəfn olunub

Fransız aktyoru Alen Delonun Orlean yaxınlığındakı Duşi kommunasındakı malikanəsində dəfn mərasimi keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, aktyor malikanənin ərazisində tikdirdiyi kilsədə dəfn edilib.

Mərasimdə onun üç övladı və yaxın dostları iştirak edib.

Xatırladaq ki, aktyor avqustun 18-də 88 yaşında Fransanın Duşi kommunasındakı evində dünyasını dəyişib.

1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

Son xəbərlər

Orphus sistemi