ABŞ Kino Akademiyası Uill Smitə 10 illik qadağa qoyub

ABŞ Kino Akademiyası Uill Smitə 10 illik qadağa qoyub ABŞ Kino Akademiyası Uill Smitə 10 il ərzində onların tədbirlərində iştirakını qadağan edib.
Şou-biznes
9 Aprel , 2022 04:19
ABŞ Kino Akademiyası Uill Smitə 10 illik qadağa qoyub

ABŞ Kino Akademiyası Uill Smitə 10 il ərzində onların tədbirlərində iştirakını qadağan edib.

Bu barədə “Report” RİA “Novoti”yə istinadən xəbər verir.

“Bu gün İdarə Heyəti 8 aprel 2022-ci il tarixindən başlayaraq 10 il müddətinə cənab Smitin Akademiyanın bütün tədbirlərində və proqramlarında həm şəxsən, həm də virtual formatda iştirakını qadağan edən qərar qəbul edib.

Bu eyni zamanda “Oskar” mükafatlarının təqdimetmə mərasimi daxil olmaqla bütün tədbirlərə aiddir”, - məlumatda deyilir.

Qeyd edək ki, Amerikalı aktyor Uill Smit Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka sillə vurub.

Son xəbərlər

Orphus sistemi