Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksində Vətən müharibəsi əlili, kiçik çavuş Azər Avdinova ikiotaqlı tam təmirli mənzil verib.
“Report”un xəbərinə görə, Azərlə yanaşı bu kompleksdə 60-dan çox şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsə yeni mənzillər təqdim edilib.
Bir vaxtlar çiyin-çiyinə Vətənin müdafiəsinə qalxan igidlərimiz və onların yadigarları bundan sonra yeni evlərində yaşamağa davam edəcəklər.
O, 1 yaşlı qızı Hümeyranın qarşıdan gələn doğum gününü dövlətin ona hədiyyə etdiyi yeni mənzildə qeyd edəcəklərini vurğulayıb.
Qeyd edək ki, kiçik çavuş Azər Avdinov 28.03.1994-cü ildə Gəncədə anadan olub. Gəncə şəhəri 46 nömrəli orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətənə olan borcunu ödəyib mülki həyata qayıdan qəhrəmanımın yurd sevgisi onu hərbçi olmağa sövq edib.
Azər deyir ki, 44 günlük haqq savaşı başlayanda artıq 8 il idi hərbçi kimi fəaliyyət göstərib. O, elə düşmən təxribatının ilk günlərindən də mübarizəyə qoşulub.
Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Vətən oğlu noyabrın 5-i Laçın istiqamətində gedən döyüşlərin birində başından ağır yaralanıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə Azər Yunis oğlu Avdinov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.