UNICEF: Azərbaycan hökuməti qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarır

UNICEF: Azərbaycan hökuməti qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarır Edvard Karvardin: "Uşaqlar həbsxanadan daha təcrübəli cinayətkarlar kimi çıxa bilərlər, çünki həbsxanalarda "mütəxəssislərdən" təcrübə yığırlar"
Sosial müdafiə
12 Avqust , 2017 10:17
UNICEF: Azərbaycan hökuməti qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarır

Bakı. 12 avqust. REPORT.AZ/ "Ötən il UNİCEF Ədliyyə Nazirliyi, Avropa İttifaqı və Dünya Bankı ilə birlikdə Azərbaycanın 5 rayonunda qanun pozuntusu törədən uşaqlar üçün hüquqi yardım göstərilməsi proqramı hazırlayıb".

Bunu "Report"a açıqlamasında UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində eyni zamanda hakimlər, vəkillər və prokurorlar üçün təlimlər də keçirilib: "Düşünürəm ki, bu həm də qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün yeni müzakirələrə yol açıb. Hökumət bu məsələ ilə bağlı alternativ yollar axtarışındadır. Bu, o demək deyil ki, biz uşaqların qanun pozuntularına göz yumuruq. Əslində, onlar həbsxanadan daha təcrübəli cinayətkarlar kimi çıxa bilərlər, çünki həbsxanalarda "mütəxəssislərdən" təcrübə yığırlar. Ona görə də biz onları islah olunmaları üçün xüsusi məktəblərə və ya ictimai işlərə cəlb edə bilərik".

E.Karvardin qeyd edib ki, UNICEF eyni zamanda qanunu pozmağa meyilli uşaqların əvvəlcədən müəyyən edilməsində də yardım göstərir: "Onlar çətin ailələrdən olan uşaqlar ola bilər. Bu, o deməkdir ki, uşaqların çətin vəziyyətə düşməməsi üçün biz bu işə daha çox sosial işçilər, mütəxəssisləri cəlb etməliyik".

Son xəbərlər

Orphus sistemi