​Azərbaycanda körpələrə türk seriallarından götürülən adların verilməsi halları çoxalıb

​Azərbaycanda körpələrə türk seriallarından götürülən adların verilməsi halları çoxalıb Son beş ildə 101 uşağa Hülya, 32-nə Zilan, 18-nə Ada, 1091-nə Damla, 632-nə Dərya adı qoyulub
Sosial müdafiə
10 İyun , 2016 20:38
​Azərbaycanda körpələrə türk seriallarından götürülən adların verilməsi halları çoxalıb

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda son illərdə yeni doğulan körpələrə türk seriallarının qəhrəmanlarının adlarının verilməsi halları artıb.

"Report" xəbər verir ki, son beş ildə 101 uşağa Hülya, 32-nə Zilan, 18-nə Ada, 1091-nə Damla, 632 körpəyə Dərya, 34-nə Dəryanur, 1-nə Pətək, 9-na Necla, 1-nə Necla Nəsrin adı verilib.

Qeyd edək ki, serial qəhrəmanlarının adları, ümumiyyətlə, əvəllər yalnız qonşu Türkiyə vətəndaşlarında rast gəlinən adlar Azərbaycanda daha çox qızlara verilir.

Son beş ildə doğulan körpələrə Adanur (1), Aday (2), Damladərin (1), Betül (37), Betülnur (1), Betül Berna (1), Songül (61), Arda (122), Ardan (2), Arda Fürkan (1), Eylül (8), Eylül-Sara (1), Beyza (6), Beyzanur (1), Feyza (6), Feyzanur (1), Ceren (3), Cerancan (1), Sedat (7), Seda (4), Seday (1), Sedan (1), Serkan (3), Esra (129), Esranur (2), Esramin (1), Esra Mina (1), Burcu (3), Hülyamələk (1) Hülya Miray (1), Özləm (2), Ərtoğrul (75), Serenay (3), Bulud (31), Buludxan (10), Buludxanım (1, Hazar (12) və s. bu tipli adlar verilib.  

Son xəbərlər

Orphus sistemi