"Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na dəyişiklik edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizə Quruma, Mərkəzə və ya şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə daxil olduğu gün ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi (bundan sonra - məsləhətçi) tərəfindən sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün ərizələrin qeydiyyatı jurnalında qeydiyyata alınacaq.