Səlim Müslümov: "Gələn il 7 minə yaxın ailə özünəməşğulluq proqramına cəlb olunacaq"

Sosial müdafiə
  • 19 sentyabr, 2017
  • 07:48
Səlim Müslümov: Gələn il 7 minə yaxın ailə özünəməşğulluq proqramına cəlb olunacaq
Report/ Elshan Baba

Bakı. 19 sentyabr. REPORT.AZ/ "2018-ci ildə 7 minə yaxın ailə özünəməşğulluq proqramına cəlb olunacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, işsizlik müavinətlərinin vaxtında ödənilməsi, həcminin artması və qanunda nəzərdə tutulmuş qaydada hər kəsə verilməsi təmin olunacaq.

Nazir qeyd edib ki, 2018-ci ilin yanvar ayının 1-dən "İşsizlikdən sığorta haqqında" qanunun praktiki tətbiqinə başlanılacaq: "Onunla bağlı müvafiq qaydalar hazırlanıb, iş davam edir. Yaxın vaxtlarda bunlar yekunlaşacaq. Qanunun yerlərdə praktiki tətbiqinə başlanıldıqdan sonra ordan daxil olan vəsaitlər hesabına həm də özünəməşğulluq proqramları genişləndiriləcək".