Bakı. 30 iyul. REPORT.AZ/
Əmək və əhalinin sosial müdafiəsi naziri
"Bakı 2015" ilk Avropa Oyunlarının qızıl medalçısı, iki dəfə Paralimpiya Oyunları, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyev Prezident
Oyunların gümüş medalçısı, ikiqat dünya çempionu, üçqat gümüş medalçı S.Abdullayeva, Avropa çempionatının və Avropa Oyunlarının bürünc mükafatçısı Z.Mislimov ölkədə paralimpiyaya dövlət qayğısından, onların idmanla məşğul olmalarına, mötəbər yarışlara hazırlaşmalarına yüksək səviyyədə şərait yaradılmasından söz açıb, onlara olan inama gələcəkdə yeni-yeni uğurlarla cavab vermək üçün səylərini artırdıqlarını vurğulayıblar.
Baş məşqçi İbrahim İbrahimov paralimpiyaçıların qarşıdakı yarışlarda növbəti yüksək mükafatlara nail olmaq üçün ciddi şəkildə hazırlaşdıqlarını diqqətə çatdırıb.
Milli Paralimpiya Komitəsinin prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Oyunlar öncəsi, yarışlar zamanı və Oyunlardan sonra paralimpiyaçılarımızın gərgin dəqiqələri, sevincləri və qələbə hissləri barədə səmimi fikirlərini bölüşüb.
Görüşdə "Bakı-2015" ilk Avropa Oyunlarını, Oyunlarda paralimpiya yarışlarını, idmançılarımızın qələbələrini və medalların təqdim olunması mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib və qalib paralimpiyaçılara hədiyyələr və gül dəstələri təqdim olunub.