Əhməd Məmmədovun şəhadətinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib

Əhməd Məmmədovun şəhadətinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib Birinci Qarabağ müharibəsində şəhid olan Məmmədov Əhməd Teymur oğlunun şəhadətə ucalmasının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.
Sosial müdafiə
15 Aprel , 2024 12:29
Əhməd Məmmədovun şəhadətinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib

Birinci Qarabağ müharibəsində şəhid olan Məmmədov Əhməd Teymur oğlunun şəhadətə ucalmasının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

“Report” un yerli bürosu xəbər verir ki, anım tədbiri Sumqayıt şəhərində yerləşən Nərimanov adına Mədəniyyət Evində təşkil olunub.

Tədbirdə şəhidin doğmaları və yaxınları ilə yanaşı, millət vəkilləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra şəhid Məmmədov Əhmədin həyat və döyüş yolundan bəhs edən "Şəhid Əhməd: Oğluma məktub" sənədli filminə baxılıb.

Qeyd edək ki, Əhməd Məmmədov 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. 1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq Milli Ordu sıralarına qoşulub. Sumqayıt batalyonunun tərkibinə qatılıb. Ona ailəli və üç övladı olması səbəbindən arxa cəbhədə qalmasını təklif etsələr də, razılaşmayıb. “Qarabağ kişilər yurdudur və onlar da onu qorumalıdır” deyərək cəbhəyə yollanıb. Həmin il aprel ayının 11-də Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əhməd Məmmədov Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Son xəbərlər

Orphus sistemi