“Bu gün Azərbaycanda 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və onlardan 9-u qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib”.
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.
"Bakının Xəzər rayonunda fəaliyyət göstərən Qadın Resurs Mərkəzi daha geniş layihənin tərkib hissəsidir. Bu mərkəzlərin yaradılmasında məqsəd xüsusən də kənd yerlərində yaşayan qadınların bacarıq və biliklərini genişləndirməkdir. Bu gün Azərbaycanda 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir ki, onlardan da 9-u qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib. Bu mərkəzlər müxtəlif layihələr əsasında fəaliyyət göstərə bilər”, - o qeyd edib.
S.Talışinskaya bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda dövlətin gender siyasətini həyata keçirən orqandır: "Bu siyasətin həyata keçirilməsi üçün qadın resurs mərkəzləri mühüm əhəmiyyət kəsb edir".