Sahil Babayev: "Azad edilmiş ərazilərdə məşğulluqla bağlı plan hazırlanır"

Sahil Babayev: "Azad edilmiş ərazilərdə məşğulluqla bağlı plan hazırlanır" "Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır".
Sosial müdafiə
12 Noyabr , 2021 18:14
Sahil Babayev: Azad edilmiş ərazilərdə məşğulluqla bağlı plan hazırlanır
Sahil Babayev
0 : 00
0 : 00

"Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır".

“Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu repatriasiya planının hazırlanması üçün işçi qrup var və burada bütün seqmentlər nəzərə alınacaq.

Nazir deyib ki, Zeynal Nağdəliyevin rəhbərliyi ilə yaradılan işçi qrup onlar üçün ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxır: “Biz də işçi qrupun üzvüyük. Həmçinin ağıllı kəndlərin daxilində smart dost guşələrinin qurulması belə müzakirə edilir. Yəni sırf ev tikib kimisə oraya aparmağı düşünmürük. Onların məşğulluğu nəzərə alınacaq”.

Son xəbərlər

Orphus sistemi