Nazir Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirir

Nazir Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirir Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş keçirir.
Sosial müdafiə
19 Fevral , 2019 10:18
Nazir Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirir
Report

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş keçirir.

"Report" xəbər verir ki, nazir şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

O, müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının dövlət, xalq qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini qeyd edib.

S.Babayev ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib.

Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan islahatlarla bağlı müzakirələrin aparılması, rəy və təkliflərin bildirilməsi ilə davam edib. 

Son xəbərlər

Orphus sistemi