Ötən ay əhaliyə ödənilən pensiya, müavinət və təqaüdlərin məbləği açıqlanıb

Ötən ay əhaliyə ödənilən pensiya, müavinət və təqaüdlərin məbləği açıqlanıb Bu ilin yanvar ayında əhaliyə 661 mln. manat pensiya və təqaüd ödənilib.
Sosial müdafiə
23 Fevral , 2024 11:03
Ötən ay əhaliyə ödənilən pensiya, müavinət və təqaüdlərin məbləği açıqlanıb

Bu ilin yanvar ayında əhaliyə 661 mln. manat məbləğində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial təminat növləri üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 84,6 mln. manat və ya 14,7 faiz çoxdur.

Qeyd edilib ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son xəbərlər

Orphus sistemi