Oğuzda şəhidlər bulağının açılışı olub

Oğuzda şəhidlər bulağının açılışı olub Oğuzda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib.
Sosial müdafiə
19 Yanvar , 2024 20:17
Oğuzda şəhidlər bulağının açılışı olub

Oğuzda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Xaçmazqışlaq kəndində Oğuz şəhidlərinin xatirəsinə tikilmiş bulağın açılışı olub.​

Açılış mərasimində şəhidlərin doğmaları, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri və məktəb şagirdləri iştirak ediblər. Tədbirdə bildirilib ki, Xaçmazqışlaq kəndində açılışı olan bulağın üzərində Polad Həşimovun, Oğuzun Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları zamanı canlarından keçən şəhidlərinin şəkilləri vurulub.

Daha sonra şəhidlərin şərəfli həyat yolundan və onların torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlarından söz açılıb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndində açılışı olan şəhidlər bulağı kənd sakinlərinin təşəbbüsü ilə tikilib.

Son xəbərlər

Orphus sistemi