Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verilib

Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verilib Bakının Nəsimi rayonunda 700 sakinin yaşadığı 1-ci mikrorayon Moskva prospekti 68, 72 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılan həyət sakinlərin istifadəsinə verilib.
Sosial müdafiə
22 Dekabr , 2023 13:34
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verilib

Bakının Nəsimi rayonunda 700 sakinin yaşadığı 1-ci mikrorayon Moskva prospekti 68, 72 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılan həyət sakinlərin istifadəsinə verilib.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyəti ilə aparılan abadlıq və yenidənqurma işləri sırasında layihəyə uyğun olaraq sözügedən binaların fasadları və dam örtükləri təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılıb. Binaların 8 ədəd giriş qapısı və pilləkən sahəsində 32 ədəd pəncərə dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 1000 kv.m-ə yaxın asfalt, 700 kv.m-dən artıq tamet daşı vurulub, 600 kv.m qazon salınıb, 350 p.m yeni bardürlər qoyulub, 40 kub m-ə yaxın torpaq işləri görülüb, 200 p.m-dən artıq istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, tullantılar üçün kiçik zibil qutuları qoyulub. Həmçinin həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlaşdırılan ərazidə mövcud yaşıllıqların bərpası işləri aparılaraq yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib, məhəllədə yeni yaşıllıq zolağı salınıb, 100 ədəd şam ağacı və 400 müxtəlif növ mövsümi gül kolları əkilib, 200 p/m suvarma xətti çəkilib. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.

Son xəbərlər

Orphus sistemi