Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Portal Azərbaycanda ilk dəfə sosial reyestrin formalaşdırılmasına imkan verir. Bu reyestr vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edir.
İstifadəçilər portalda qeydiyyatdan keçdikdən sonra nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlarla bağlı mövcud məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) öz şəxsi kabinetində görəcəklər.
Onlar bu portal vasitəsilə nazirliyin aidiyyati qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə e-xidmətlərdən real vaxt rejimində faydalana biləcəklər.
Yeni “e-sosial” portalı geniş funksional imkanları özündə cəmləşdirməklə, eyni zamanda, dövlət sosial xidmətlərinin vahid platforma üzərindən, sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına şərait yaradacaq.
Portal hazırda qısamüddətli sınaq mərhələsindədir.