Yuxarı
    Bağlamaq

    Nazirlik 23 minə yaxın işsiz və işaxtaran vətəndaşı işlə təmin edib

    Bu il 2776 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidməti 22,5 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın məşğulluğunu təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Ümumilikdə 22 470 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin edilib. Bu dövrdə məşğulluq orqanlarında qeydiyyata alınıb və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanan müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub.

    Bu ilin 9 ayında 2776 nəfər kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslərin yiyələndikləri peşələr üzrə münasib iş yerləri ilə təmin olunması üçün müvafiq işlər də görülüb.

    Yanvar-sentyabr aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki "Əmək Birjaları" vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Onların 1675 nəfərini qadınlar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi