Terminologiya Komissiyası valideynləri övladlarına mənası anlaşılmayan adlar qoymamağa çağırıb

Terminologiya Komissiyası valideynləri övladlarına mənası anlaşılmayan adlar qoymamağa çağırıb Nazirlər Kabineti yanında Terminologiya Komissiyası valideynləri övladlarına mənşəyi bilinməyən və mənası anlaşılmayan adlar qoymamağa çağırıb.
Sosial müdafiə
8 İyul , 2019 17:43
Terminologiya Komissiyası valideynləri övladlarına mənası anlaşılmayan adlar qoymamağa çağırıb

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası valideynləri övladlarına mənşəyi bilinməyən və mənası anlaşılmayan adlar qoymamağa çağırıb.

Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında deyib ki, yeni doğulan körpələrə ad seçən valideynlər daha çox mənşəyi bilinməyən adlara meyil edirlər:

“Məsələn, elə valideynlər var ki, övladlarına Alita, Adel, Amelya, Alfina, Efran, Madelin kimi mənşəyi bilinməyən adlar qoymağa çalışırlar. Təbii ki, bu adların heç birisinin mənası yoxdur. Biz valideynləri övladlarına mənası anlaşılmayan və mənşəyi bilinməyən adlar qoymamağa çağırırıq”.

Qeyd edək ki, iyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi