Naxçıvanda məhdud fiziki imkanlı qadınlarla bayram görüşləri keçirilib

Naxçıvanda məhdud fiziki imkanlı qadınlarla bayram görüşləri keçirilib 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 20 məhdud görmə qabiliyyətli və 1 çoxuşaqlı qadının evində əlamətdar gü
Sosial müdafiə
6 Mart , 2023 22:22
Naxçıvanda məhdud fiziki imkanlı qadınlarla bayram görüşləri keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 20 məhdud görmə qabiliyyətli və 1 çoxuşaqlı qadının evində əlamətdar gün münasibətilə görüşlər keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşlərdə ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, sağlamlıqlarının qorunması istiqamətində görülən işlərdən söhbət açılıb.

Vurğulanıb ki, muxtar respublikada da bu kateqoriyadan şəxslərin, o cümlədən qadınların sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsi ilbəil yüksəldilir, sağlamlıq imkanları məhdud şəxslərə müvafiq təqaüd və sosial müavinətlər verilir.

Sonra sağlamlıq imkanları məhdud qadınlara bayram hədiyyələri təqdim olunub.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi