Mingəçevir şəhərində şəhid ailələri və müharibə ilə bağlı əlilliyi olan vətəndaşlara mənzillər təqdim edilib.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov iştirak edib.
H.Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı beş dəfə genişlənib.
Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən daha 200 mənzil Bakı və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Göygöl rayonlarını əhatə edir.